Ankarada qəza zamanı təyyarənin göyərtəsində olan hər kəs həlak olub-YENİLƏNİB
23 dekabr 2025 23:45 (UTC +04:00)

Ankarada qəza zamanı təyyarənin göyərtəsində olan hər kəs həlak olub-YENİLƏNİB

0

Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

Lent.az xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.

Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***
23:45

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.

Lent.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb

***
23:11Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.



***
23:01

Liviyanın Baş Qərargah rəisinin olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar