Havanın kəskin soyuması nəticəsində Ankaradakı Kuğulu parkda fontan aysberqə çevrilib.
Lent.az-ın xəbərinə görə, fontanlar şaxtalı havaya rəğmən parkda sutka ərzində dayanmadan işləyir.
Gecələr havanın temperaturu -8 dərəcə Selsiyə endiyi üçün fontan buz bağlayıb. Buna görə də bələdiyyə işçiləri parkdakı quşları yemləyir və onlar üçün buzu yarırlar.