Ana qızını ayının qarşısına atdı
28 yanvar 2022 22:20 (UTC +04:00)

Ana qızını ayının qarşısına atdı

Özbəkistan prokurorluğu 3 yaşlı qızını ayının qəfəsinə atan qadına qarşı cinayət işi qaldırıb.

Lent.az-ın xəbərinə görə, hadisə Daşkənd zooparkında baş verib.  

Zooparka gələn ana uşağını ayının qəfəsinə atıb. Yırtıcı uşağa toxunmasa da, körpə 5 metr yüksəklikdən düşdüyü üçün ciddi xəsarət alıb. Parkın əməkdaşları uşağı qəfəsdən çıxararaq xəstəxanaya yerləşdiriblər. Qadın həbs olunub. Onu 25 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daşkənd zooparkından verilən məlumata görə Zuzu adlı Qafqaz ayısı uşağı iyləyərək kənara çəkilib. Bundan sonra zoopark əməkdaşları onu qapalı hissəyə salaraq körpəni xəstəxanaya çatdırıblar. Zoopark rəhbərliyi qızın bütün müalicə xərclərini üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Oxşar yazılar