Alnına dolgu vurduran  şəxs kor oldu
29 dekabr 2024 04:17 (UTC +04:00)

Alnına dolgu vurduran şəxs kor oldu

İstanbulda alın nahiyəsindəki çöküntülərdən narahat olan 25 yaşlı Enes B. 22 aprel 2022-ci ildə özəl xəstəxanada əməliyyat olunub.

Lent.az xəbər verir ki, həkim U.A xəstənin qarnından götürdüyü piyi pasiyentin alın nahiyəsinə yeridib.

Əməliyyatdan sonra narkozdan çıxan Enes B. sol gözünün görmədiyini anlayıb.

Həkimi ilə danışan və görmə probleminə çarə tapa bilməyən Enes B. məhkəməyə müraciət edib.

O məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsi üçün 1 milyon lirə (təxminən 50 min manat) mənəvi təzminat ödənilməsini tələb edib.

Həkim və klinika isə məsələ ilə bağlı heç bir cavabdehlik daşımadığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar