“Qazaxıstanın Alma-Ata şəhərinin Polis Departamenti adi qaydada işləyir, evlərdə və mənzillərdə oğurluqlar barədə məlumatlar həqiqəti əks etdirmir”.
Lent.az xəbər verir ki, bu barədə Almatı Polis Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Vətəndaşların mənzillərində və evlərində qarətlərin baş verməsi, həmçinin “102” xidmətinin siqnallara cavab verməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Şəhər polisinin operativ idarəetmə mərkəzi normal işləyir, “102” qaynar xəttə daxil olan hər bir zəng, mesaj vaxtında nəzarətə götürülür, icra edilir”, - deyə məlumatda qeyd olunub.