Almaniya Ukraynaya əlavə olaraq 500 milyon avroluq silah vermək niyyətindədir.
Lent.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Kanadada səfərədə olan kansler Olaf Şolts Ukraynaya əlavə 3 İRİS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli maşın, 20 raket qurğusu və yüksək dəqiqlikli silahlar veriləcəyini bəyan edib. Silahlar 2023-cü ilədək Kiyevə çatdırılacaq. Lakin ilk növbədə Bundestaq bu silah təchizatına razılıq verməlidir.
Kanslerin fikrincə, bu silahlar Ukrayna ordusunun modernləşməsinə kömək edəcək.