Afrikada keçiləri yeyən şirləri   belə cəzalandırdılar
09 iyun 2023 14:05 (UTC +04:00)

Afrikada keçiləri yeyən şirləri belə cəzalandırdılar

Keniyada qəbilə üzvləri keçi sürüsünün öldürən aslanlara nizə atıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, fermer Parker Nterekayanın sözlərinə görə, ac şirlər keçi sürüsünün yarısını yeyiblər. Cavab olaraq, onun qəbiləsinin üzvləri artıq insanların ərazisinə yaxınlaşan altı yırtıcıya nizə atıblar. Mütəxəssislərin fikrincə, Şərqi Afrikanın bəzi bölgələrində heyvanların aktivliyinə illərlə davam edən quraqlıq səbəb olur.

Fermer əlavə edib ki, məhv olan 12 keçi onun ailəsi üçün böyük itkidir, çünki bu, əsas gəlir mənbəyidir.

“Mən bu mal-qaranı məktəbə pul ödəmək üçün satıram. İndi necə ödəyəcəyimi bilmirəm”, - Ntereka bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar