Standarta uyğun olmayan qayıqla İspaniyanın Kanar adalarına gəlməyə cəhd edən azı 25 nəfər həlak olub.
Lent.az-ın xəbərinə görə, bu barədə İspaniya polisi şahid ifadələri əsasında məlumat yayıb.
Məlumata görə, fevralın 19-da Mavritaniyadan çıxan qayıqda olanlardan 25 nəfər öldüyü üçün cəsədləri dənizə atılıb. 48 nəfər Kanar adalarına gəlib çatmağa nail olub. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.
Polis bildirib ki, qayıqdakıların ərzağı tükəndiyi üçün açından ölüblər. Qayığın sahibi olduğu iddia edilən 2 nəfər barədə həbs qətimkan tədbiri seçilib.