ABŞ yanır:  İstilik 53 dərəcə 
12 iyul 2021 11:30 (UTC +04:00)

ABŞ yanır: İstilik 53 dərəcə 

ABŞ-da güclü istilər meşə yanğınlarına səbəb olub. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Şimali Kaliforniyada temperaturun yüksək olması ilə əlaqədar, digər bölgələrə də xəbərdarlıq edilib. 

Milli Hava Xidmətinin bildirdiyinə görə, Kaliforniyanın cənub-şərqindəki Moxave səhrasında yerləşən “ölüm vadisində” hava dünən 53 dərəcəyə çatıb. 

Mütəxəssislər, iqlim dəyişikliyi və anormal istilər səbəbindən yanğınların çoxalmasının, insan ölümlərinin artacağının istisna olmadığını bildirib. 

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar