ABŞ Suriyadan qoşunlarını çıxarır?
02 iyun 2023 22:49 (UTC +04:00)

ABŞ Suriyadan qoşunlarını çıxarır?

ABŞ Suriyada hərbi mövcudluğunu saxlamağı planlaşdırır.

Lent.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun fikrincə, Amerika qoşunları Suriyada İŞİD terror qruplaşması ilə mübarizə aparır.

"Mən deyə bilmərəm regiondakı digər aktorlar da bu qruplaşma haqqında nə edirlər. Biz onsuzda bu məsələni daim diqqətdə saxlayacağıq", - deyə Kiribi bildirib.

# 1386
avatar

Oxşar yazılar