ABŞ prezidentinin  evinə ildırım düşüb
06 oktyabr 2022 18:39 (UTC +04:00)

ABŞ prezidentinin evinə ildırım düşüb

Amerika prezidenti Co Bayden, Florida ştatını vuran “İan” qasırğasının nəticələrini aradan qaldırmaq üçün səlahiyyətlilərin gördüyü işlərdən danışarkən, 15 il əvvəl onun evinə ildırımın necə düşdüyünü xatırladıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, prezidentin sözlərinə görə, ildırım vurmasından sonra mənzildən demək olar ki, heç nə qalmayıb. O qeyd edib ki, həmin anlarda ailəsi necə yaşayacaqları ilə bağlı güclü qorxu hissi keçirib.

ABŞ lideri həmçinin vurğulayıb ki, o, qasırğadan hər hansı şəkildə zərər çəkənləri yaxşı başa düşür.

# 2943
avatar

Oxşar yazılar