ABŞ özünün "Xəzər canavarı"nı yaradır - FOTO
28 may 2022 12:25 (UTC +04:00)

ABŞ özünün "Xəzər canavarı"nı yaradır - FOTO

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi “Liberty Lifter” layihəsi çərçivəsində SSRİ-də hazırlanmış KM-nin («Корабль-макет») analoqunu - "Xəzər Canavarı"nı yaratmağa qərar verib. 

Lent.az-ın məlumatına görə, bu varədə “Popular Mechanics” jurnalı yazıb.

ABŞ nəşri qeyd edir ki, “Liberty Lifter” xüsusi dəniz limanları və hava bazalarından istifadə etmədən böyük kütləli yüklərin nisbtən yüksək sürətlə çatdırılmasına imkan verəcək:

“Məsələn, dənizdə və havada hərəkət edə biləcək ekranoplan - “Xəzər canavarı” ilə Cənubi Çin dənizindəki adalara zirehli texnika və gəmi əleyhinə raketlər ötürmək üçün istifadə edilə bilər. Nəqliyyat vasitəsi dalğa təsirlərinə tab gətirə bilən möhkəm konstruksiyaya, eləcə də üç kilometrə qədər uçuş hündürlüyünə malik olacaq”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bu layihə barədə hələ 2021-ci ilin avqustunda bildirsə də, ad açıqlanmamışdı. 

Xatırladaq ki, “903 Lun” layihəsi çərçivəsində ekranoplan raket-daşıyıcı gəmisi 1986-cı ilin iyulunda buraxılıb. O zaman texnika saatda 500 kilometr sürətlə 2000 kilometrə qədər məsafəni qət edə bilirdi. Uzunluğu 74 metr, hündürlüyü isə 19 metr olan ekranoplan Xəzər dənizinin üzərində 4 metr hündürlükdə keçib və təxminən 50 dəqiqə davam edib. Testlər uğurlu hesab edilib.  


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4647

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26