ABŞ Krım və Donbassı Rusiyaya vermək istəyir - Ukrayna planı açıqlandı
19 noyabr 2025 22:33 (UTC +04:00)

ABŞ Krım və Donbassı Rusiyaya vermək istəyir - Ukrayna planı açıqlandı

0

ABŞ-ın Ukrayna üzrə təqdim etdiyi yeni tənzimləmə planı Krım və Donbasın Rusiya əraziləri kimi tanınmasını ehtiva edir.

Lent.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, “ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyacaq, lakin Ukraynadan bunu etməsi tələb olunmayacaq”.

Qeyd edilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur.

“Həmin ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək”, - portal vurğulayır.

Vaşinqtonun münaqişənin həlli ilə bağlı irəli sürdüyü plan ölkədə rus dilinin dövlət dili kimi tanınmasını da nəzərdə tutur.

Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.

Nəşrin məlumatına görə, ABŞ-ın planında Kiyevə hərbi yardımın azaldılması da var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar