ABŞ İsmayıl Haniyəni öldürmək üçün İsrailə  “yaşıl işıq”   yandırıb: İran kəşfiyyatının rəhbəri
02 avqust 2024 17:31 (UTC +04:00)

ABŞ İsmayıl Haniyəni öldürmək üçün İsrailə “yaşıl işıq” yandırıb: İran kəşfiyyatının rəhbəri

İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib qeyd edib ki, Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun lideri İsmayıl Haniyyənin qətli “bir daha sionist rejimin qəddarlığını nümayiş etdirib”.

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, ABŞ İsrailin Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni qətlə yetirmək planlarından xəbərdar olub və həyata keçirilməsinə icazə verib.

“Mehr” agentliyi Xətibin bəyanatının mətnindən sitat gətirib: “Birləşmiş Ştatlar HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sionist işğalçıları (İsrail nəzərdə tutulur-red.) tərəfindən həyata keçirilən ləyaqətsiz qətlinə yaşıl işıq yandırıb.

İsmail Xətib, İranın Kəşfiyyat Nazirliyinin rəhbəri

İran kəşfiyyatının rəhbərinin qeyd etdiyi kimi, Haniyənin qətli “bir daha sionist rejimin qəddarlığını nümayiş etdirib”.

HƏMAS iyulun 31-də Haniyənin İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. 

“Əl Hadath” telekanalı Haniyənin birbaşa raket zərbəsi nəticəsində həlak olduğunu bildirib. HƏMAS siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk əmin edib ki, bu qətl cavabsız qalmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar