ABŞ prezidenti Co Bayden Ukraynaya 725 milyon dollar həcmində əlavə hərbi yardım ayrılması üçün göstəriş verib.
Lent.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Co Bayden Ukraynada hərbi hazırlıq və təlimə kömək məqsədi ilə ABŞ-ın Müdafiə Nazirliyinə 750milyon dollar ayrılması üçün göstəriş verib.
Qeyd edək ki, ötən gün Reuters agentliyi ABŞ-ın Ukraynaya 750 milyon dollar yardım ayırdığı barədə xəbər yaymışdı.