ABŞ-da helikopter qəzaya uğradı
03 yanvar 2026 03:47 (UTC +04:00)

ABŞ-da helikopter qəzaya uğradı

0

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Hadisə yanvarın 2-də yerli vaxtla saat 11:00 radələrində baş verib. Helikopterin göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar