ABŞ-ın Alyaska ştatı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ yerli vaxtlı 16:32-də (Bakı vaxtı ilə 20:32) baş verib.
Yeraltı təkanların episentri Alyaskanın Çiqnik kəndindən 106 km şərqdə yerləşib.
Zəlzələ yerin 77 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.