ABŞ Çindən İrana gedən gəmidə  əməliyyat keçirdi
13 dekabr 2025 06:45 (UTC +04:00)

ABŞ Çindən İrana gedən gəmidə əməliyyat keçirdi

0

Noyabr ayında ABŞ Xüsusi Təyinatlı Qüvvələri Çindən İrana gedən bir gəmiyə minərək yükünü müsadirə edib.

Lent.az xəbər verir ki, bu barədə 12 dekabrda “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Xüsusi Təyinatlı Qüvvələri gəmiyə Şri-Lanka sahillərində olarkən minib.

Qəzet iddia edir ki, gəmidə ikili təyinatlı mallar olub. ABŞ kəşfiyyatının məlumatına görə, yükün Tehranın raket proqramı üçün komponentlərin alınmasında ixtisaslaşmış İran şirkətlərinə göndərildiyi iddia edilir.

“The Wall Street Journal” əlavə edib ki, mallar müsadirə edildikdən sonra gəmi yoluna davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar