ABŞ-a qaçaq girən hər kəs cinayətkardır - QANUN
29 yanvar 2025 02:32 (UTC +04:00)

ABŞ-a qaçaq girən hər kəs cinayətkardır - QANUN

ABŞ-a qeyri-qanuni yollarla daxil olan hər kəs cinayətkar sayılacaq.

Lent.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

Livitt mətbuat konfransında ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.

Livitt qeyri-qanuni immiqrasiya ilə mübarizə ilə bağlı xüsusilə sərt mesajlar verərək ABŞ-a qanunsuz daxil olan hər kəsin cinayətkar sayılacağını bildirib.

O, Tramp administrasiyasının sərhəd təhlükəsizliyini gücləndirmək üçün bütün federal qurumlarla işlədiyini və sərhəd divarının tikintisinin tamamlanma prosesinin sürətləndirildiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Lent.az

Oxşar yazılar