ABŞ-a getmək istəyənlər nəzərə alsın - Girişə tam qadağa qoyuldu
17 dekabr 2025 03:37 (UTC +04:00)

ABŞ-a getmək istəyənlər nəzərə alsın - Girişə tam qadağa qoyuldu

0

ABŞ prezidenti Donald Tramp 1 yanvar 2026-cı il tarixindən etibarən yeddi əlavə ölkənin vətəndaşlarına tam giriş qadağası tətbiq edib.

Lent.az xəbər verir ki, bununla bağlı bəyanat Ağ Evin saytında dərc edilib.

Bu, Trampın Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına giriş qadağasını qüvvədə saxladığını göstərir.

Bundan əlavə, Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarına da tam giriş qadağası tətbiq edilib.

Sərəncam həmçinin Fələstin sənədləri ilə səyahət edən şəxslərin ABŞ-a girişini qadağan edir və məhdudlaşdırır. Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone vətəndaşlarına da tam giriş qadağası tətbiq edilib.

Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa Krallığı, Zambiya və Zimbabve vətəndaşlarına qismən giriş məhdudiyyətləri tətbiq edilib. Lakin, Türkmənistan üçün məhdudiyyətlər qismən yumşaldılıb və ABŞ artıq bu ölkə vətəndaşlarının qeyri-immiqrasiya vizaları ilə girişinə icazə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar