Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 100 minə yaxınlaşdığını bildirib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Cenevrədə keşirilən brifinqdə ÜST-nin baş direktoru Tedros Adan Qebreyesus məlumat verib.
O deyib ki, hazırda dünyada 98023 nəfər koronavirusa yoluxub. Bunlardan 3380 nəfəri ölüb. Son 24 saat ərzində 47 ölkə üzrə 2736 yoluxma hadisəsi qeydə alınıb.
Baş direktor dünya birliyini koronavirusun yayılmasının qarşısını almağı "ən yüksək prioritet" hesab etməyə çağırıb.