Türkiyənin Elazığ şəhərində zəlzələ olub.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 14:42-də qeydə alınıb.
4.2 ballıq zəlzələnin dərinliyi 7 km olub.
Qeyd edək ki, ötən ay Elazığda baş verən zəlzələdə 37 nəfər ölüb.