Türkiyədə son sutkada koronavirusa 5138 nəfər yoluxub, 95 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter səhifəsində yazıb.
O bildirib ki, ümumilikdə ölkə üzrə 52 167 yoluxma qeydə alınıb, ölənlərin sayı isə 1101 nəfərə çatıb.