Çin avtomobilləri arasında Li Auto (Lixiang) və BYD modelləri oğurluqdan ən yaxşı qorunan avtomobillər hesab olunur.
Lent.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, hazırda avtomobil oğurluğunda ən çox istifadə olunan üsullardan biri sistemə yeni açarın əlavə edilməsidir. Li Auto və BYD avtomobilləri isə bu üsula qarşı yüksək səviyyədə qorunur.
Səbəb odur ki, bu modellərdə yeni açarın sistemə əlavə edilməsi üçün istifadəçinin hesabına daxil olmaq və ikimərhələli təsdiqləmədən keçmək lazımdır. Bu əməliyyatlar isə istehsalçının bulud serverləri vasitəsilə həyata keçirilir.
Bununla belə, mütəxəssis tamamilə oğurlanması mümkün olmayan avtomobilin mövcud olmadığını vurğulayıb. Li Auto və BYD modellərinin də müəyyən zəif nöqtələri var. Məsələn, rəqəmsal CAN şinində statik siqnalı təqlid etməklə avtorizasiya sistemini sıradan çıxarmaq mümkün ola bilər.
Həmçinin Çin avtomobilləri arasında oğurluqdan ən zəif qorunanlar Haval, Geely, Chery və digər markaların ucuz qiymətli modelləridir.