Gündüz   piramidaları ziyarət etmək qadağan   olundu
08 avqust 2026 11:32 (UTC +04:00)

Gündüz piramidaları ziyarət etmək qadağan olundu

0

Misir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub.

Lent.az xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Luksor və Asuanda isə +42 və +45 dərəcəyə çatır.

Bununla əlaqədar ekskursiyaların vaxtına yenidən baxılıb. Yeni qaydalara əsasən, Giza piramidalarını və Luksordakı qədim məzarları ziyarət etmək səhərin erkən saatlarına – saat 10:00-11:00-dək planlaşdırılmalı, yaxud gün batdıqdan sonrakı axşam saatlarına keçirilməlidir.

Ekspertlər bu məhdudiyyətlərin turistlərin sağlamlığını qorumaq məqsədi daşıdığını bildirirlər. Açıq ərazilərdə demək olar ki, kölgə yoxdur, gün ərzində qızan daş səthlər isə istinin təsirini daha da gücləndirir. Günəş altında uzun müddət qalmaq orqanizmin həddindən artıq isinməsinə və günvurmaya səbəb ola bilər.

Məhdudiyyətlər fonunda turist axınının dəniz kurortlarına yönəldiyi bildirilir. Qırmızı dəniz sahilində yerləşən Hurqada, Marsa-Alam, eləcə də Aralıq dənizi sahilindəki İsgəndəriyyə, Əl-Alameyn daha rahat hava şəraiti və günün böyük hissəsini su kənarında keçirmək imkanı ilə turistləri cəlb edir.

Bununla yanaşı, Misirdəki hotellər kondisioner sistemlərindən daha intensiv istifadə etməli olurlar. Bu isə elektrik enerjisinə çəkilən xərclərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.

Misir turizmi üzrə ekspert Fuad əl-Gohari səyahətçilərə gündəlik rejimlərini dəyişməyi və günün ən isti saatlarını qapalı məkanlarda keçirməyi tövsiyə edib. Onun sözlərinə görə, açıq havada müxtəlif fəaliyyətləri axşam saatlarına planlaşdırmaq daha məqsədəuyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar