Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb
20 oktyabr 2020 21:22 (UTC +04:00)

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 74 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  116 565 şübhəli koronavirus testindən keçib, onlardan 1894-nün cavabı pozitiv çıxıb, 1512 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1545 nəfər olub.   

Türkiyədə ümumilikdə 351 413 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9445 nəfər ölüb.

Sevil Ünal Hilalqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar