Türkiyədə güclü zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ Egey dənizi sahilindəki Manisa şəhərində yerli vaxtla 10.21-də yerin 9,29 kilometr dərinliyində qeydə alınıb. 5,5 maqnitudalı zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss edilib.
Manisa valisi bildirib ki, dağıntı və itkilərlə bağlı araşdırma aparılır.