Türkiyədə ciddi koronavirus tədbirləri tətbiq olunacaq
18 avqust 2020 17:22 (UTC +04:00)

Türkiyədə ciddi koronavirus tədbirləri tətbiq olunacaq

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) sabahdan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkədə ciddi tədbirlərə başlayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla əlaqədar Türkiyə DİN 81 vilayətə sərəncam göndərib.

Sərəncamda qeyd olunub ki, insanların kütləvi toplaşdığı yerlər – çimərliklər, hovuzlar, bazarlar, çayxanalar, yeməkxanalar, kafelər, restoranlar, avtovağzallar, dayanacaqlar, kitabxanalar, məscidlər xüsusi nəzarətdə saxlanılacaq.

Tibbi maska taxmayan, sosial məsafəni qorumayan və gigiyenik qaydalara əməl etməyənlərin barəsində cəza tədbirləri tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2266
avatar

Oxşar yazılar