ABŞ Prezidenti Donald Tramp tanıdığı insanlar arasında beş nəfərin koronavirus infeksiyasından öldüyünü etiraf edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı lider bu barədə Pensilvaniya ştatında “Owens & Minor, Inc.” şirkətinin tibbi avadanlıqların nizamlanması mərkəzinin əməkdaşları qarşısında çıxış edərkən deyib.
“Mən tanıdığım adamlardan beşini itirdim. Onlardan ikisi çox yaxşı dostum idi… Onlar dolğun yaşda idilər, deyə bilmərəm ki, onların səhhəti qaydasında idi. Deyə bilmərəm ki, onların ideal çəkiləri var idi. İdeal deyildi. Ancaq onlar vəfat etdilər. Bu dəhşətdir”, - Tramp belə deyib.
O, növbəti dəfə koronavirusu insanların 3-4 gündən sonra özünə gələ bildiyi adi qriplə müqayisə edib. Qeyd edib ki, koronavirusda vəziyyət başqa cürdür.
“Siz onlara üç-dörd gündən sonra zəng edirsiniz: necədir vəziyyətləri? Cənab, onlar komadadırlar. Olar komadadırlar?” – deyə Tramp üzülərək əlavə edib.