Xəstəxanada pnevmaniyadan ölən Permdəki “İşgüzar maraq” qəzetinin baş redaktoru Anastasiya Petrova koronavirusa da yoluxubmuş.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, jurnalist martın 28-də tanışlarına özünü pis hiss etdiyini yazıb.
Jurnalistin anası həkimlərdən qızının koronavirusa yoluxması ilə bağlı informasiya almadığını bildirib. Baş redaktor martın 31-də vəfat edib.