Rusiyada daha 55 nəfər koronavirusdan öldü
17 avqust 2020 19:22 (UTC +04:00)

Rusiyada daha 55 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 4 892 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 927 745 nəfərə çatıb.

Son sutka ərzində 55 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 740 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750
avatar

Oxşar yazılar