Moskvada COVID-19 diaqnozu qoyulmuş daha beş xəstə ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı koronavirusla əlaqədar yaradılmış operativ qərargahdan bildirilib.
“Moskvada pnevmoniya və koronavirus nəticəsi müsbət olan beş xəstə öldü. Koronavirusdan ölən həmin şəxslər 61-74 yaşları arasındadır və paralel olaraq digər xəstəliklərdən də əziyyət çəkiblər”, - məlumatda belə deyilir.
Qeyd edək ki, Rusiyada 31 mart tarixinədək 2337 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 121 nəfər sağalıb. Ən çox yoluxma halları Moskvada baş verib (1613 hal). Operativ qərargahın məlumatına görə, indiyədək 17 nəfər koronavirusdan ölüb.