Qırğızıstanın baş naziri Kubatbek Boronov vəzifəsindən azad olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Qırğızıstan prezidenti Sooronbay Jeenbekov fərman imzalayıb.
Lakin baş nazir və hökumət kabineti yeni kabinet qurulana qədər vəzifələrini icra edəcəklər.