Rusiya Prezidenti Vladimir Putin öz oxşarı ilə bağlı iddialara aydınlıq gətirib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin TASS-a müsahibəsində onu oxşarının əvəzləməsi haqda təklif irəli sürüldüyünü etiraf edib.
Rusiya Prezidenti buna səbəb kimi 2000-ci illərin əvvəllərində təhlükəsizlik məsələlərinin əsas gətirildiyini vurğulayıb.
“Bəli, belə bir ideya yaranmışdı, lakin mən bundan imtina etdim. Bu, terrorizmlə mübarizədə ən çətin vaxtlar idi", - deyə V. Putin qeyd edib.