Türkiyənin Sirt şəhərində bir çörəkçinin koronavirusa qarşı etdiyi əməl görənləri heyrətləndirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, çörəkçi Hacı və Xəlil Kasar qardaşları müştərilərin verdiyi qəpik pulları əvvəlcə yuyur, daha sonra isə 180 dərəcəlik təndirdə 20 dəqiqə qızdırırlar.
Xəlil Kasar pulların bu üsullar dezinfeksiya edilməsinə inandığını dilə gətirib: “Əlimizdən gəldiyi qədər iş yerimizi dezinfeksiya edirik. Müştərilərdən aldığımız pulları əvvəlcə qabda suya qoyuruq. Daha sonra onu 180 dərəcəlik təndirdə qızdırırıq. Qaynayan suyun buxarı qəpikləri dezinfeksiya edir və onu müştərilərimizə rahatlıqla veririk”.