Qırğızıstanın Prezident Administrasiyasının 8 nəfər əməkdaşında koronavirus aşkarlanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin prezidenti Soronbay Ceenbekovun Rusiya səfəri zamanı onu müşayiət edən heyət üzvlərində koronavirus aşkarlanmasından sonra Prezident Administrasiyasının bütün əməkdaşları koronavirusa görə, testə cəlb olunub.
Nəticədə 8 nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslərdə xəstəliyin əlamətləri olmadığından 14 gün ev karantininə alınıblar. Onlar ev şəraitində nəzarətdə saxlanılaraq müalicə ediləcək.
Qeyd edək ki, Qırğızıstan prezidenti faşizm üzərində qələbənin 75 -ci ildönümündə iştirak etmək üçün iyunun 23-də Rusiyaya getsə də, onu müşayiət edən heyət üzvlərindən 2-də koronavirus aşkarlandığı üçün mərasimə qatılmamaq qərarı verilmişdi.