Navalnı Berlinin “Charite” xəstəxanasına yerləşdirildi - YENİLƏNİB
22 avqust 2020 13:34 (UTC +04:00)

Navalnı Berlinin “Charite” xəstəxanasına yerləşdirildi - YENİLƏNİB

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı müalicə üçün Berlin şəhərində yerləşən“Charite” xəstəxanasına gətirilib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Daha öncə isə aktivist Jaka Bizilj Almaniyanın "Bild" nəşrinə bildirmişdi ki, uçuş zamanı və təyyarə Berlinə eniş etdikdən sonra Navalnınin  vəziyyəti stabil olub.

***

08:49

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (Moskva vaxtı ilə 5.00) Omsk hava limanından Almaniyaya aparılıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarə saat 09.02-də (Moskva vaxtı ilə 11.02)

Berlinin “Schoenefeld” hava limanına çatacaq.

Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

 

FlightRadar portalının məlumatına görə, uçuş “Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.

***

04:11

Cümə axşamından bəri 1 nömrəli Omsk Təcili Tibbi Yardım xəstəxanasında olan Aleksey Navalnı Almaniyada müalicə olunmaq üçün hava limanına aparılıb.

APA TASS-a istinadən xəbər verir ki, o, paytaxt Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

Qeyd edək ki, avqustun 21-i səhər saatlarında Navalnını "Charite" Berlin klinikasına çatdırmaq üçün Almaniyadan Omska bir xüsusi tibbi heyət gəlib. 

Omsk Hava Limanının informasiya xidmətinin verdiyi məlumata görə, uçuş avqustun 22-i səhər saatlarına planlaşdırılıb.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23