Rusiya Müdafiə Nazirliyi Hərbi universitetinin zabiti Moskvada intihar edib.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Onun meyiti ali məktəbin Komsomol prospektindəki binasında aşkarlanıb.
Digər bir mənbə kapitanın bir ay əvvəl üçüncü dəfə Hərbi Universitetin aspiranturasına daxil olduğunu bildirib. Oktyabrın 11-də axşam universitetdə növbətçi köməkçi olaraq xidmətə başlayıb və gecə keçəndən sonra istirahətə gedərək intihar edib.
Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.