Meksika koronavirusa qarşı yeni vaksini sınaqdan keçirəcək - Sentyabrda
12 avqust 2020 03:22 (UTC +04:00)

Meksika koronavirusa qarşı yeni vaksini sınaqdan keçirəcək - Sentyabrda

Meksika ABŞ-ın “Johnson & Johnson” və Çinin “CanSino Biologics Inc”, “Walvax Biotexnologiya Co Ltd” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı vaksinləri uzunmüddətli – üç mərhələdə klinik sınaqlarını keçirəcək.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, insanlar üzərində aparılacaq sınaqlar sentyabr ayının ikinci yarısında başlaya bilər.

Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyada COVID-19 pandemiyasına qarşı 150-dən çox vaksinin hazırlandığını və sınaqlardan keçirildiyini bildirib.

Qeyd edək ki, Rusiya xarici bazarlar üçün 'Sputnik V' adlandırdığı COVID-19 peyvəndini rəsmi qeydiyyatdan keçirən ilk ölkədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507
avatar

Oxşar yazılar