Lukaşenkonun əsas rəqibi etiraz aksiyalarında iştirak etməyəcək
10 avqust 2020 19:23 (UTC +04:00)

Lukaşenkonun əsas rəqibi etiraz aksiyalarında iştirak etməyəcək

Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya etiraz aksiyalarında iştirak etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Anna Krasulina məlumat verib. 

O, S. Tixanovskayanın bu qərarı təxribatlardan qaçmaq üçün qəbul etdiyini açıqlayıb. 

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

Mərkəzi Seçki Komitəsi seçicilərin 80,08 faizinin Aleksandr Lukaşenkoya, 10.09 faizinin S. Tixanovskayaya səs verdiklərini açıqlayıb. 

Nəticələrə etiraz olaraq dünən gecə paytaxt Minskdə və digər şəhərlərdə aksiyalar keçirilib. Aksiyalar zamanı polislə toqquşmalar baş verib. Xəsarət alanlar və saxlanılanlar var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3214
avatar

Oxşar yazılar