Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Liberal-Demokrat Partyiyasının lideri Vladimir Jirinovski haqda lətifə danışıb.
Lent.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Belarusda epidemioloji vəziyyətlə bağlı keçirilən iclasda Lukaşenko deyib ki, bir neçə gün əvvəl profilaktika üçün saunaya getməyi və hamamdan sonra əlləri yumağı tövsiyə edib. Prezident qeyd edib ki, bu prosedurdan sonra 100 qram araq da içmək olar.
“O, (Jirinovski) məni tənqid edib ki, guya araq olmaz, hansı sauna, Lukaşenko düz demir. Evə gəlib arvadına deyir: “100 qram süz, koronavirusdan müalicə olunacağam”,
Arvadı ona cavab verir: “Volodya, sən yenicə Lukaşenkonu tənqid etdin ki, araq kömək etmir”.
“Mən bunu hamı üçün dedim, mənə isə süz. Lukaşenko axmaq deyil, əgər deyirsə”.
Arvadı ona yenə deyir: “Volodya, rus ənənəsinə görə, hamamdan sonra 100 qram içirlər”.
Jirinovski: “Bu rus ənənəsidir. Yəhudi ənənəsi isə belədir: 100 qram hamama qədər və 100 qram hamamdan sonra. Süz”, - Lukaşenko söyləyib.
O əlavə edib ki, içməyən insan alkoqol qəbulunu təbliğ etmir və lətifəyə görə Jirinovskidən üzr də istəyib.
Belarus prezidenti bir neçə gün əvvəl koronavirusa yoluxmamaq üçün gündə 100 qram araq içməyi və həftədə bir neçə dəfə saunaya getməyi tövsiyə edib.