Kursk qubernatorunun üzərində koronavirusa qarşı peyvənd sınağı keçirildi
20 avqust 2020 08:24 (UTC +04:00)

Kursk qubernatorunun üzərində koronavirusa qarşı peyvənd sınağı keçirildi

Kursk vilayətinin qubernatoru Roman Starovoyt Rusiyada koronavirusa qarşı yeni təsdiqlənmiş “Sputnik V” peyvəndinin sınaqlarında iştirak edib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, qubernator bu barədə "Seym" regional televiziya kanalına açıqlamasında bildirib.

R.Starovoyt qeyd edib ki, peyvənd vurulduqdan sonra ilk üç gündə boğazında ağrılar hiss edib: "İki həftə əvvəl - məzuniyyətə çıxmamışdan qabaq Moskvada olarkən mənə koronavirusa qarşı peyvənd vuruldu. Bu iki komponentli peyvənddir. Peyvəndin təsir gücünü bilmək üçün bir həftədən sonra ikinci dəfə qəbul etməliyəm”.

Qubernator əlavə edib ki, sonrakı mərhələdə qan analizi verəcək: “Qan analizindən sonra orqanizmdə virusun hansı vəziyyətdə olacağını görəcəyik”.

Tass-ın yaydığı məlumata görə, Rusiya Baş nazirinin müavini Marat Xusnullin də peyvənd edilib. Baş nazir bu barədə rəsmi Twitter hesabında qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663
avatar

Oxşar yazılar