Koronavirusu 30 dəqiqəyə müəyyən edən cihaz hazırlandı
07 mart 2020 16:55 (UTC +04:00)

Koronavirusu 30 dəqiqəyə müəyyən edən cihaz hazırlandı


Çinin Syamen Universitetinin tədqiqatçıları koronavirusa yoluxmanı qısa müddətdə müəyyən etməyə imkan verən cihaz hazırlayıblar.

APA-nın məlumatına görə, “Jenmin jibao” qəzeti yazır ki, cihaz orqanizmdə koronavirus olub-olmadığını 30 dəqiqə ərzində müəyyən edir.

Artıq yeni cihazdan 90 min dəst epidemiyanın baş qaldırdığı Hubey əyalətindəki xəstəxanalara və tibb mərkəzlərinə göndərilib.

Ehtimal olunur ki,  bu cihazlar sayəsində ləngimələrin qarşısı alınacaq, analizlərin aparılmasında həkimlərin əməyi xeyli yüngülləşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703
avatar

Oxşar yazılar