Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 2-nə olan məlumatı açıqlayıb.
APA-nın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 88 948 (1804 yeni)
Çində: 80 174 (206 yeni)
2915 ölüm halı (42 yeni)
Çinin xaricində:
8774 yoluxma halı (1598 yeni)
64 ölkə (6 yeni)
128 ölüm halı (24 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.