Çərşənbə günü Sloveniyada koronavirusa yoluxma halı aşkarlanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin vəzifələrini icra edən Aleş Şabeder keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, yoluxmuş şəxs Mərakeşdən İtaliya vasitəsi ilə Sloveniyaya gəlib: “Halsızlığını hiss edən şəxs həkimə müraciət edib. Hazırda Lyublyanadakı klinik mərkəzin yoluxucu xəstəliklər şöbəsində xüsusi palatadadır”.
Yoluxmuş şəxsin kimliyi açıqlanmayıb.