Çinin Uhan şəhərində sürətlə yayılan koronavirusla bağlı yaradılan xəstəxanalar bağlanır.
APA-nın “The Paper”ə istinadən verdiyi xəbərə görə, artıq Çin hökuməti Uhandakı müvəqqəti koronavirusa qarşı xəstəxanaları bağlamaq qərarı verib.
Çində virusun yayılması azaldığı üçün bu qərarın verildiyi bildirilir.
Ötən gün ölkədə digər günlərlə nisbətdə cəmi 19 yoluxma halı aşkarlanıb.
Qeyd edək ki, virusun sürətli yayılması səbəbindən Çin tez bir zamanda sərgi və idman salonlarını xəstəxanalara çevirib, eyni zamanda yeni xəstəxanalar tikmək üçün işlər görülüb.
Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 114569, ölənlərin sayı isə 4028-dir. Çində virusa yoluxanların sayı 80761, ölənlərin sayı isə 3136-dır.