Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi xidmətə yaz çağırışının vaxtı aprelin 13-ə təxirə salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.