Koronavirus ağcaqanadlar vasitəsilə ötürülə bilərmi? - CAVAB
27 iyun 2020 00:30 (UTC +04:00)

Koronavirus ağcaqanadlar vasitəsilə ötürülə bilərmi? - CAVAB

“Koronavirus infeksiyasının ağcaqanadlar tərəfindən insanlara ötürülməsi mümkün deyil”. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya Milli Sağlamlıq İnstitutunun  mütəxəssisləri bu qənaətə gəlib.

Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyənləşdiriblər.

Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinad edərək, qətiyyətlə bildiriblər ki, qan sovuran həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5575
avatar

Oxşar yazılar