İtaliyada son sutka ərzində 97 nəfər koronavirusun qurbanı olub
09 mart 2020 22:54 (UTC +04:00)

İtaliyada son sutka ərzində 97 nəfər koronavirusun qurbanı olub

 

İtaliyada koronavirus pnevmoniyasına yoluxma səbəbindən sutka ərzində ölənlərin sayı 97 nəfər olub, ümumilikdə ölənlərin sayı isə 463-ə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, hazırda İtaliyada bu virusa yoluxanların sayı 9172 nəfər təşkil edir.

Bundan əvvəl 366 nəfərin öldüyü, 6387 nəfərinsə virusun daşıyıcısı kimi qeydiyyata alındığı deyilirdi. Borrelli, həmçinin 724 insanın sağaldığını da əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar