İtaliyada koronavirus qurbanlarının sayı 197-yə yüksəlib
07 mart 2020 09:12 (UTC +04:00)

İtaliyada koronavirus qurbanlarının sayı 197-yə yüksəlib

 

İtaliyada bazar ertəsindən bəri 49 nəfər koronavirusdan ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.

Beləliklə, ölkədə virusa yoluxmadan ölənlərin ümumi sayı 197 nəfərə çatıb.

Ölənlərin 62-95 yaşı aralığında olduğu bildirilir. Ölümlərin çoxu Lombardiyanın şimalında qeydə alınıb - 135 hadisə. Gündə ümumi yoluxmanın sayı demək olar ki, 800-ə qədər artaraq (ölənlər də daxil) 4636 nəfərə olub. 

Borrelli bildirib ki, son bir gündə daha 109 nəfər sağalıb, onların ümumi sayı 523 nəfərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar